“Arsenal”ın futbolçusu dünyanın ən sürətli idmançısı Useyn Boltu qabaqlayıb

“Arsenal”ın futbolçusu dünyanın ən sürətli idmançısı Useyn Boltu qabaqlayıb
# 15 aprel 2015 10:56 (UTC +04:00)

Bakı – APA. İngiltərənin “Arsenal” klubunun futbolçusu Ektor Belyerin qeyri-adi rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi 40 m məsafəni qət etməkdə dünyanın ən sürətli idmançısı sayılan Useyn Boltun göstəricisini arxada qoyub.

20 yaşlı müdafiəçi bu məsafəni 4,42 saniyəyə qət edib. 6 qat olimpiya çempionu olan yamaykalı atlet isə 100 metr məsafədə dünya rekordu (9,58) müəyyənləşdirdiyi 2009-cu ildə ilk 40 metri 4,64 saniyəyə qət etmişdi.

Əgər Belyerin də həmin vaxt qaçış cığırında olsaydı, məsafənin ilk 40 metrindən sonra Boltdan təxminən iki addım öndə qərarlaşardı. Belyerin həm də “Arsenal”ın rekordunu yeniləyib. Daim oyunçularının 40 metr məsafədəki sürətini yoxlayan London təmsilçisinin üzvləri arasında ən yaxşı nəticə Teo Uolkotta məxsus idi – 4,82 saniyə.

Qeyd edək ki, Ektor 2011-ci ildə “Barselona”dan “Arsenal”a keçib. Bu müddətdə 22 oyun keçirən müdafiəçi 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR