Mədəniyyət və turizm naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək
# 22 aprel 2015 14:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 29-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR