Bank Of Baku

DİN: Bakıda itkin düşən yeniyetmənin Zaqatalada tapılması ilə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB - 1

Bakıda üç ay əvvəl yoxa çıxan yeniyetmə Zaqatalada tapılıb

© APA | Bakıda üç ay əvvəl yoxa çıxan yeniyetmə Zaqatalada tapılıb

# 14 avqust 2021 20:40 (UTC +04:00)

Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.

Bunu  APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə  evdən getməsi və ya qaçırılması ilə bağlı faktın təfərrüatları araşdırılır. 

Araşdırmanın nəticəsinə görə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
 

***

12:36

Bakıda üç ay əvvəl  yoxa çıxan qız tapılıb.

APA-nın xəbərinə görə, 2004-cü il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.

L. Əliyevanın anası Raisə Əliyeva APA-ya bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala  rayonuna aparıldığını və  orada  tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.

Xatırladaq ki,  2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı carı ilin mayın 20-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR