Bank Of Baku

DÇ-2026: Braziliya Norveçə məğlub olaraq, turnirlə vidalaşıb

DÇ-2026: Braziliya Norveçə məğlub olaraq, turnirlə vidalaşıb
# 06 iyul 2026 02:06 (UTC +04:00)

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Braziliya və Norveç milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Oyunun 14-cü dəqiqəsində Norveçin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Topun arxasına keçən Bruno Gimarayeş fürsətdən yararlana bilməyib. Yarımmüdafiəçinin zərbəsini Norveçin qolkiperi Nyulan dəf edib. İlk hissə qolsuz başa çatıb.

Stadiona toplaşan azarkeşlərin qol həsrəti 79-cu dəqiqədə bitib. Erlinq Haalandın başla dəqiq zərbəsi Norveçi önə keçirib: 1:0.

Skandinaviyalıların super ulduzu 90-cı dəqiqədə yenidən səhnəyə çıxıb. Haaland bu dəfə uzaqdan dəqiq zərbəylə Alissonu məyus edib: 2:0.

Oyunun son dəqiqəsində Braziliya millisi növbəti dəfə penalti qazanıb. Bu dəfə topun arxasına keçən Neymar dəqiq oynayıb: 2:1.

Matç bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb. Braziliya dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Norveç millisi 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
6 iyul

00:00. Braziliya – Norveç 1:2

Qol: E. Haaland, 79, 90, Neymar, 90+10

Uğursuz penalti: B. Gimarayeş (14)

Braziliya: Alisson, Danilo, Markinyos, Qabriel, Duqlas Santos, Rayan, Bruno Gimarayeş, Kazemiro, Martinelli, Mateus Kunya, Vinisius Junior

Norveç: Nyulan, Volfe, Lysaker Heggem, Ayer, Ryerson, Berq, Berge, Odeqor, Nusa, Haland, Sörlot

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR