2026-cı il dünya çempionatında F qrupunun II turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyununda Tunis millisi Yaponiya ilə qarşılaşıb.
Görüş asiyalıların tam üstünlüyü ilə keçib. Komanda rəqibini 4 cavabsız qolla məğlub edib.
Tunis ilk turda İsveçə 1:5 hesabı ilə uduzub. Yaponiya isə Niderlandla 2:2 hesablı heç-heçə edib.
Qeyd edək ki, F qrupunun digər oyununda Niderland İsveçi 5:1 hesabı ilə məğlub edib.
Dünya çempionatı
F qrupu, II tur
21 iyun
08:00. Tunis - Yaponiya 0:4