Göygöldə kənd icra nümayəndəsi sənəd saxtalaşdırmaqda təqsirləndirilir

Göygöldə kənd icra nümayəndəsi sənəd saxtalaşdırmaqda təqsirləndirilir
# 24 may 2018 13:44 (UTC +04:00)

Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd üzrə nümayəndəsi Eşqin Ocaqverdiyev barəsində cinayət işi başlanılıb.

APA-nın xəbərinə görə, E. Ocaqverdiyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), maddələri üzrə təqsirləndirilir.

Hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır.

İttihama görə, E. Ocaqverdiyev vəzifədə işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxslərə ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR