Quldurluqla məşğul olan şəxslərdən narkotik tapılıb

Quldurluqla məşğul olan şəxslərdən narkotik tapılıb
# 24 mart 2015 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq edən şəxslərdən narkotik aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 21-də Yasamal rayonunun Salatın Əsgərova küçəsində naməlum şəxs Bakı şəhər sakini Orxan Qasımova zor tətbiq edib, planşetini alaraq paytaxt sakini Yusif Əhmədova məxsus “VAZ-21074” markalı avtomobillə hadisə yerini tərk edib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar Samir Əhmədov və Yusif Əhmədov tutulublar. Y.Əhmədovdan 3,36 qram, S.Əhmədovdan isə 5,52 qram həşiş götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR