Sumqayıt sakinindən narkotik vasitə götürülüb

Sumqayıt sakinindən narkotik vasitə götürülüb
# 10 sentyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıt şəhər sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Zeynalabdin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elxan Əliverdiyevdən 440 qram marixuana götürülüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR