Federika Mogerini İranda səfərdədir

Federika Mogerini  İranda səfərdədir
# 29 oktyabr 2016 11:59 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dünən Tehrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, F. Mogerini Tehranda İran rəsmiləri ilə Yaxın Şərq regionuna aid önəmli məsələləri, xüsusilə Suriya böhranını müzakirə edəcək.

Bu gün F. Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb, onun prezident Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, F. Mogerini son iki ildə 3-cü dəfədir, İrana səfər edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR