Bakıda yaşayış evi yanıb

Bakıda yaşayış evi yanıb
# 27 iyul 2015 15:28 (UTC +04:00)

Bakı-APA. Bakı şəhərində yaşayış evində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sabunçu rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 58 kv.m sahədə, bitişik ümumi sahəsi 4 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və digər vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli evin 1 otağında pəncərə çərçivəsi, kondisioner və televizor yanıb. Evin qalan hissəsi və qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR