Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura yekun vurulur.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutur.
Türkiyə təmsilçisi “Fənərbaxça” İstanbulda “Roma”nı qəbul edib. Qarşılıqlı qolların vurulduğu matç 1:1 hesabı ilə nəticələnib.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" isə səfərdə PSV ilə üz-üzə gəlib. Həmin görüşdə də hesab 1:1 olub.
UEFA Çempionlar Liqası
Əsas mərhələsi, birinci tur
20:45 “Fənərbaxça” (Türkiyə) - “Roma” (İtaliya) 1:1
20:45 PSV (Niderland) - “Şaxtyor” (Ukrayna) 1:1
23:00 “Bavariya” (Almaniya) - “Budo-Qlimt” (Norveç)
23:00 “Komo” (İtaliya) - “Leypsiq” (Almaniya)
23:00 “Mançester Yunayted” - “Sabah” (Azərbaycan)
23:00 “Slaviya” (Çexiya) - “Lans” (Fransa)