Paşha Bank
Bank Of Baku

“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib

“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
# 10 oktyabr 2026 22:08 (UTC +04:00)

Türkiyə Super Liqasında VII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Trabzonspor” səfərdə “Samsunspor”la qarşılaşıb.

Trabzon təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.

“Trabzonspor”un qollarını 28-ci dəqiqədə Ernest Muçi, 38-ci dəqiqədə Çibuyke Nvayvu və 40-cı dəqiqədə Frankulino Cu vurub. Qonaqlar 43-cü dəqiqədə Melih Kabasakalın birbaşa qırmızı vərəqə almasına baxmayaraq, üstünlüklərini sona qədər qoruyublar.

Günün digər görüşlərində “Gənclərbirliyi” “Amedspor”la 2:2, “Alanyaspor” isə “Erzurumspor”la 0:0 hesablı heç-heçə edib.

“Fənərbaxça” isə “Rizespor”u səfərdə 3:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi bununla ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hər iki qalib komanda xalını 13-ə yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR