Rumıniyada təyyarə qəza enişi edib

Rumıniyada təyyarə qəza enişi edib
# 10 fevral 2018 01:52 (UTC +04:00)

Rumıniyanın paytaxtı Buxarestdə “Ryanair” aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, İrlandiyanın paytaxtı Dublinə uçan layner havaya qalxarkən təyyarənin quyruq hissəsi uçuş-enmə zolağına toxunub.

Havaya qalxan təyyarə dərhal hava limanına qayıtmalı olub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Sərnişinlər başqa təyyarə ilə Dublinə yola salınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR