Fidel Kastro SSRİ istehsalı olan “UAZ”da son mənzilə yola salınıb

Fidel Kastro SSRİ istehsalı olan “UAZ”da son mənzilə yola salınıb
# 01 dekabr 2016 21:32 (UTC +04:00)

Kuba inqilabının lideri Fidel Kastro SSRİ istehsalı olan əfsanəvi “UAZ-469” markalı avtomobildə son mənzilə yola salınıb.

APA-nın “Rossiyskaya qazeta”ya istinadən verdiyi xəbərə görə, Kastronun külü dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınıb. Dəfn mərasimi dekabrın 3-də keçiriləcək.

Kubada çox populyar olan “UAZ” markalı avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR