Fransa səfiri: “İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcək” - FOTO

Fransa səfiri: “İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcək” - <span style="color: red;">FOTO
# 03 aprel 2015 08:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, SABAH qrupunun tələbələri ilə görüşən P. Mönye iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsindən danışıb və bu əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcəyini bildirib.

Sonra Strasburq Universitetinin prezidenti Alen Beretz tələbələrə “Fransada ali təhsil və tədqiqat: xarici tələbələr üçün imkanlar” mövzusunda mühazirə oxuyub. O, Fransada ali təhsil institusiyaları, yüksək keyfiyyətli tədqiqatlar, strategiyalar, tətbiq olunan son yeniliklər barədə məlumat verib.


Tədbirin sonunda Paskal Mönye və Alen Beretz tələbələri maraqlandıran sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR