“Bank of Baku” plastik kartlarını “3D secure” sisteminə qoşub

“Bank of Baku” plastik kartlarını “3D secure” sisteminə qoşub
# 04 iyun 2015 08:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bank of Baku” plastik kartların kənar şəxslər tərəfindən istifadəsinin təhlükəsizliyinin artırılması istiqamətində “3D secure” sisteminə qoşulub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “3D secure” kredit və debet kartlarının internet üzərində onlayn istifadəsi zamanı tətbiq edilən müasir təhlükəsizlik sistemidir. Bu sistem müştərinin kartlarının digər kənar şəxslər tərəfindən internet üzərində istifadəsini mümkünsüz edir. Belə ki, əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyatlar birdəfəlik şifrələr ilə qorunur və əməliyyat icra edilən zaman kartın parametrləri daxil edildikdən sonra şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir. Keçirilən əməliyyatların təhlükəsizliyi müştəriyə SMS şəklində göndərilən şifrənin əməliyyat zamanı daxil edilməsi ilə təmin edilir. Müştərinin mobil telefonuna SMS şəklində göndərilən şifrə yalnız 1 dəfə istifadə edilə bilər. Beləliklə də, bu sistem Kartlardan onlayn istifadənin kənar şəxslər tərəfindən həyata keçirilməsinin qarşısını alır.

“Bank of Baku”nun SMS bankinq və ya SMS məlumatlandırma sisteminə qoşulan plastik kartların sahiblərində “3D secure” sistemi artıq avtomatik şəkildə qoşulub. Avtomatik qoşulmayan və yeni müştərilər isə bankın məlumat mərkəzinə (145) zəng etməklə və ya banka müraciət edərək “3D secure” sisteminə qoşula bilərlər. Qeyd edək ki, SMS bankinqə qoşulmaq haqqı illik 5 AZN təşkil edir, “3D secure” sisteminə qoşulmaq isə tam pulsuzdur.

Qeyd edək ki, “Bank of Baku”-ya məxsus kredit kartlarının əksəriyyətini “Bolkart”, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, “VİSA” və “MasterCard”, həmçinin “Mybrand’s” və “İdeal” kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında “Bolkart” kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR