Bərdədə "Erkən nikahlar və onun fəsadları" mövzusunda tədbir keçirilib - FOTO

Bərdədə  "Erkən nikahlar və onun fəsadları" mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 20 avqust 2015 13:55 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə "Erkən nikahlar və onun fəsadları" mövzusunda tədbir keçirilib. Səməd Vurğun adına Mərkəzi Kitabxanada reallaşan dəyirmi masada yerli gənclər və idman, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri , YAP rayon təşkilatının üzvləri, rayon gəncləri, Bərdə Mərkəzi Rayon Xəstəxanasının (MRX) mütəxəssisləri, tələbə-gənclər təşkilatlarının nümayəndələri, məktəb psixoloqları iştirak edib.

Bərdə MRX-nın həkim-statisti Nərmin Abbasovanın sözlərinə görə, qızların 14-16 yaşda ərə verilməsi hallarına indi də rast gəlinir. Bu isə nəinki sosial həyat tərzi, psixi durum, hətta tibbi baxımdan da düzgün deyil: “Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi onun həyatı üçün təhlükəlidir. Qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir, erkən yaşda orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmır. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Təəssüfedici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb".

YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev bu cür halların kökündə savadsızlıq, sosial və maddi problemlərin, oturuşmuş ənənələrin və s. dayandığını əsas gətirərək, belə maarifləndirici tədbirlərin mütəmadi olaraq orta məktəblərdə keçirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR