Ağdamda ər arvadını yandırıb

Ağdamda ər arvadını yandırıb
# 10 noyabr 2016 13:44 (UTC +04:00)

Ağdamda ər arvadını yandırıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.

Ağdam Rayon Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.

K. Vəliyevanın müəllim olduğu bildirilir.

Xəstəxanadan bildirilib ki, 56 yaşlı K. Vəliyevaya 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Məlumata görə, İsmayıl Əliyev qadını yandırdıqdan sonra alovu söndürməyə çalışıarkan sol əlini yandırıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR