Putin: “İsrailin Ukraynaya silah göndərməsi münaqişə qurbanlarının sayını artıracaq”

Putin: “İsrailin Ukraynaya silah göndərməsi münaqişə qurbanlarının sayını artıracaq”
# 18 aprel 2015 12:19 (UTC +04:00)

Bakı - APA. "İsrail tərəfindən Ukraynaya öldürücü silah verilməsi münaqişə qurbanlarının sayının artımına səbəb olacaq".

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində İsrail tərəfinin Ukraynaya öldürücü silah göndərməsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib. İsrailin bu bəyanatı Rusiya tərəfinin İrana “S-300” raket sistemlərinin çatdırılmasına tətbiq etdiyi embarqonun aradan qaldırılmasından sonra səslənib.

"Hesab edirəm ki, İsrail tərəfinin atmaq istədiyi addımın əks effekti ola bilər. Çünki bu, yalnız münaqişə qurbanlarının sayının artmasına gətirəcək", - deyə Rusiya lideri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR