Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 İyun - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 İyun - <span style="color: red;">VİDEO
# 22 iyun 2015 17:19 (UTC +04:00)

Feodal qanunlarını 21-ci əsrə daşımaq… Potensialı tükənməkdə olan İŞİD-in öz varlığını sezdirmək üçün əlində qalan tək imkan budur… Kütləvi edam səhnələri, boyun vurmaq, çarmıxa çəkmək… Orta əsrlərə xas bu cəza üsullarını 21-ci əsrdə müasir texnologiyalar vasitəsilə kütlələrə nümayiş etdirmək kütləvi psixoz yaratmaq məqsədi daşıyır... Hədəf - İŞİD-in Yaxın Şərqdə yaratdığı qorxu imperiyasının sütunlarını möhkəmlətməkdir... Terrorçular Yaxın Şərqin cəhalət girdabında boğulmasından uğurla istifadə edir... Lakin İŞİD bir faktoru nəzərə almır - nə qədər feodal qanunları ilə hərəkət etsə də, indi 21-ci əsrdir... İraq və Suriyada cihad nağıllarına inanan cahil kütləni edam səhnələri ilə bir müddət yemləmək olar... Əvəzində isə bu qorxunc aktlar beynəlxalq ictimai rəydə İŞİD-ə qarşı birgə mübarizənin zəruriliyi fikrini hər gün daha da möhkəmlədir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR