BTC kəməri ilə nəql olunan Türkmənistan neftin həcmi 90% artıb

BTC kəməri ilə nəql olunan Türkmənistan neftin həcmi 90% artıb
# 06 mart 2015 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 230 224 ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, Bu, ötən ilin fevral ayına nisbətən 0,7% çoxdur.

Bu ilin yanvar-fevral aylarında bu kəmərlə 4 700 277 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mart ayının 1-ə qədər BTC-yə 268 540 123 ton neft vurulub.

Bundan başqa, bu ilin fevral ayında BTC kəməri ilə 380 500 ton Türkmənistan və 247 022 ton Qazaxıstan nefti nəql olunub. Bu müddət ərzində kəmərlə nəql olunan Türkmənistan neftinin həcmi 90,0% və ya 180 250 ton artıb. Kəmərlə nəql olunan Qazaxıstan neftinin həcmi isə 1,6% və 4 065 ton artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR