“Moody’s” Azərbaycanın ən iri banklarından birinin reytinqini aşağı salıb

“Moody’s” Azərbaycanın ən iri banklarından birinin reytinqini aşağı salıb
# 07 may 2015 07:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody’s” reytinq agentliyi “BankTechnique”in milli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini “Caa1” səviyyəsindən “Caa2” səviyyəsinə endirib.

APA-Economics”in məlumatına görə, agentliyin proqnozuna əsasən, bu ilin fevral ayında bankın aşağı düşən kapital dayanıqlılığı bir daha əvvəlki vəziyyətinə qayıtmayacaq.

Agentlik qeyd edir ki, “BankTechnique” kapitalını əvvəlki vəziyyətə qaytarmaq üçün 15 mln. manat həcmində subordinasiya kreditinin cəlb edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bundan başqa, agentlikdən bildirilib ki, bankın idarəedici səhmdarının da kapital məsələsinə töhfəsi ola bilər. Lakin bu dəstəyin hansı formada olacağı, tarixi və həcmi hələ ki müəyyən deyil.

Analitiklər hesab edir ki, “BankTechnique”in fövqəladə dəstəyə ehtiyacı var. Bundan başqa, istər Azərbaycan Mərkəzi Bankına, istərsə də idarəedici səhmdara subordinasiya krediti formasında maliyyə dəstəyi ayrılması üçün edilən müraciət çox güman ki, qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR