İngiltərə kubokunun finalında "Mançester Yunayted" və "Mançester Siti" qarşılaşacaq

İngiltərə kubokunun finalında "Mançester Yunayted" və "Mançester Siti" qarşılaşacaq
# 21 aprel 2024 21:37 (UTC +04:00)

“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinal matçında “Koventri”ni məğlub edib.

APA xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

“Mançester Yunayted”in qollarını Skott MakTominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58-ci dəqiqə) vurub. Koventri üçün Ellis Simms (71), Kallum O'Hare (79) və Hadji Rayt (90+5) vurub.

Penaltilər seriyasında “Yunayted”in futbolçuları daha güclü olub - 4:2

Finalda “Mançester Yunayted” “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma mayın 25-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR