Barselona terrorunun əsas şübhəlisi tutulub

Barselona terrorunun əsas şübhəlisi tutulub
# 21 avqust 2017 17:17 (UTC +04:00)

İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.

Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR