Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir
# 07 mart 2015 11:12 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.

Mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək, təlim iştirakçılarına uğurlar diləyib.

MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib.

Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR