Azərbaycanın nazir müavini Avstriyanın elm və incəsənət üzrə fəxri Xaç ordeni ilə təltif edilib

Azərbaycanın nazir müavini Avstriyanın elm və incəsənət üzrə fəxri Xaç ordeni ilə təltif edilib
# 14 iyun 2015 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex tərəfindən Avstriyanın elm və incəsənət üzrə fəxri Xaç ordeni ilə təltif edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfiri Sevda Məmmədəliyevaya Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın gələcəkdə daha da intensivləşəcəyinə inamını ifadə edib.

Görüşdə Avstriya parlamentinin II prezidenti Karlheinz Kopf Avstriya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu ifadə edib, gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.

S. Məmmədəliyeva Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlığın iki ölkənin dostluğunun göstəricisi olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR