İcbari sığorta bazarı üzrə daxil olmalar 5 mln. manata yaxınlaşır

İcbari sığorta bazarı üzrə daxil olmalar 5 mln. manata yaxınlaşır
# 27 fevral 2017 07:20 (UTC +04:00)

Ötən il icbarı sığorta növləri üzrə yığımlar 4 mln. 881 min manat və ya 3,01% artaraq 166 mln. 816 min manata yüksəlib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində şirkətlər tərəfindən qeyd olunan sığorta növü üzrə 57 mln. 815 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 13 mln. 386 min manat və ya 30,13% artım deməkdir.

İcbari sığorta bazarının 18,39%-i həyat, 81,61%-i qeyri-həyat sığortası üzrə formalaşıb.

İcbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə yığımlar illik 36,9 min manat və ya 0,12% artaraq 30 mln. 683 min manat, ödənişlər 1 mln. 875 min manat və ya 87,88% artaraq 4 mln. 9 min manat təşkil edib.

Hesabat ilində şirkətlər tərəfindən icbari qeyri-həyat sığortası növləri üzrə 136 mln. 133 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci illə müqayisədə 4 mln. 844 min manat və ya 3,69% çoxdur. Həmçinin bu müddətdə şirkətlərin icbari qeyri-həyat sığortası növləri üzrə ödənişləri 11 mln. 511 min manat və ya 27,21% artaraq 53 mln. 806 min manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR