SOCAR rəsmiləri TAP-ın tikintisi ilə tanış olublar

SOCAR rəsmiləri TAP-ın tikintisi ilə tanış olublar
# 25 sentyabr 2017 15:26 (UTC +04:00)

"SOCAR Midstream Operations" MMC tərəfindən idarə və istismar olunan "AzTAP GmbH" şirkətinin nümayəndələri "TAP AG" Direktorlar Şurasının iclasında iştirak ediblər.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə ediblər. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub.

Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52,8% və ümumilikdə isə 57% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR