Tərtərdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Tərtərdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 05 sentyabr 2017 10:30 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) avqustun 31-də Tərtər rayonunda işgüzar forum keçirib.


İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının və kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR