Astarada polis əməkdaşına xəsarət yetirən şəxs tutulub

Astarada polis əməkdaşına xəsarət yetirən şəxs tutulub
# 31 mart 2015 10:12 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 12.00 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “KİA” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb və sənədlərini tələb edib.

Tabeçilik göstərməyən S. Əliyev avtomobili hərəkətə gətirib və A. Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.

A. Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR