Bakı. Fərid Mirzəyev – APA. "Teleyayımçıların proqram səbətində hərbi-vətənpərvərlik verilişləri azlıq təşkil edir".
APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində məlumat verilib.
Monitorinqin nəticələrində qeyd olunub ki, İTV, ATV, ANS və “Region” televiziyalarında hərbi-vətənpərvərlik verilişləri yayımlansa da, “Space”, “Xəzər” və “Lider” kanallarının efir səbətində ümumiyyətlə, hərbi- vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmir: “Halbuki, həmin telekanalların efirində saatlarla davam edən kommersiya xarakterli verilişlər yayımlanır. Əlbəttə, ölkəmizin müharibə şəraitində olduğu bir vaxtda telekanalların efir siyasətində bu cür boşluqlara yol verməsi ilə əsla razılaşmaq olmaz”.