Bank Of Baku

Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib

Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
# 22 iyun 2026 22:01 (UTC +04:00)

Argentina millisinin kapitanı Lionel Messi növbəti tarixi rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın J qrupunda Avstriya ilə matçda fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb.

Bununla da Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib. Klozenin hesabında 16 qol var idi.

Qeyd edək ki, Messi mundiallarda ilk qolunu 2006-cı ildə Serbiya və Monteneqroya qarşı oyunda vurub. Argentinalı ulduz 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illər dünya çempionatlarında meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR