BŞBPİ “Sərhədçi” idman kompleksində insident baş verməsi barədə yayılan məlumatları təkzib edib

BŞBPİ “Sərhədçi” idman kompleksində insident baş verməsi barədə yayılan məlumatları təkzib edib
# 19 mart 2015 10:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Sərhədçi” idman kompleksində insident baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İdarədən APA-ya verilən məlumatda qeyd olunub ki, bəzi internet saytlarında martın 18-də futzal üzrə Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan ilə Belçika millisi arasında “Sərhədçi” idman kompleksində keçirilən və millimizin qələbəsi ilə başa çatan oyundan sonra qəza baş verdiyi haqqında məlumatlar yayılıb: "Guya azarkeşlər dəmir maneələrin üzərinə çıxaraq meydana axışmağa başlayıb, dəmir maneələr bu ağırlığa tab gətirməyərək aşıb, hətta xəsarət alanlar olub. Bakı şəhər Baş Rolis İdarəsi bu məlumatı təkzib edir və rəsmən bildirir ki, oyun zamanı ictimaiyyəti narahat edəcək hər hansı hadisə qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR