Səudiyyə Ərəbistanı Yəməndə quru əməliyyatları keçirilməsinə dair qərar qəbul etməyib

Səudiyyə Ərəbistanı Yəməndə quru əməliyyatları keçirilməsinə dair qərar qəbul etməyib
# 29 mart 2015 19:14 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı Yəməndə quru əməliyyatları keçirilməsinə dair qərar qəbul etməyib

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanın ABŞ-dakı səfiri Adel əl-Cübeyr NBC telekanalına müsahibəsində bildirib.

“Biz Yəmənə qoşun yeridilməsi barədə qərar qəbul etməmişik. Hələ ki məqsədlərimizə hava zərbələri vasitəsilə nail oluruq. Lakin quru əməliyyatlarının keçirilməsi istisna deyil”, deyə səfir bildirib.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR