Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatın parlamentə təqdim edilməsinə qərar verilib

Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatın parlamentə təqdim edilməsinə qərar verilib
# 03 aprel 2015 07:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunub.

İclasda 2014-cü il üçün İş planına əsasən həyata keçirilmiş nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilmiş funksiyaların icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb müzakirə olunub. Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR