Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 14% artıb

Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 14% artıb
# 13 iyun 2015 09:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 372,4 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 152,7 mln. manata çatıb.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 39,2 manatlıq iaşə xidmətlərindən istifadə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,1 manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR