Bakıda quldurluqla məşğul olan gənclər tutulub

Bakıda quldurluqla məşğul olan gənclər tutulub
# 20 aprel 2015 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 18-ə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində Bakı şəhər sakini Tarıyel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyünü, boyunbağını, qolbağını və qol saatını alaraq ona qarşı quldurluq etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR