Ankarada zavodda güclü partlayış baş verib, ölən və yaralananlar var - VİDEO

Ankarada zavodda güclü partlayış baş verib, ölən və yaralananlar var - <span style="color: red;">VİDEO
# 25 may 2015 06:47 (UTC +04:00)

APA-nın DHA-ya istinadən xəbərinə görə, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Hadisə Ankaranın Kazan rayonunda yerləşən “Bolu” Sement Zavodunda qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib. İlkin məlumata görə, qaynar sementin altında qalan zavodun direktor müavini Orxan Özər və daha iki yetkili şəxs hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb.

Kazan rayonun bələdiyyə sədri Loğman Ərtürk hadisənin texniki nasazlıq nəticəsində baş verdiyini, yanğının qısa müddətdə söndürüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR