Xaçmaz-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmaz-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
# 20 dekabr 2016 15:03 (UTC +04:00)

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 9-cu kilometrliyində “Mercedes” və “VAZ 21010” markalı avtomobillər toqquşub. Qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, xəsarətlərinin ağır olmadığı bildirilir.

Faktla bağla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR