Ağsaqqallar Şurası "Azərbaycan Xalq Cümhuriyyəti-100 il" adlı tədbir keçirib

Ağsaqqallar Şurası "Azərbaycan Xalq Cümhuriyyəti-100 il" adlı tədbir keçirib
# 25 may 2018 09:34 (UTC +04:00)

Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti-100 il" adlı tədbir keçirib.

APA-nın məlumatına görə, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xalq Cümhuriyyətinin Azərbaycan tarixinin şərəfli səhifəsi olduğunu bildirib.

Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyini nəzərə çatdıran F. Heydərov deyib ki, bugünkü müstəqil Azərbaycan AXC-nin layiqli davamçısıdır.

Xalq Cümhuriyyətinin tarixindən danışan akademik Teymur Bünyadov bu gün Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu söyləyib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Xalq Cümhuriyyətini quran insanların çox fədəkar insanlar olduğunu qeyd edib: "Bu insanlar Xalq Cümhuriyətini dünyaya tanıtdılar. Dünyaya çatdırdılar ki, Azərbaycan xalqı demokratik bir cümhuriyyət qurub".

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR