Bank Of Baku

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində mümkün rəqibi bilinib

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində mümkün rəqibi bilinib
# 03 avqust 2026 16:33 (UTC +04:00)

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılıb.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR