Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
# 19 iyun 2015 16:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Miqrasiya Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

10.1-ci maddəyə “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər” cümləsi əlavə edilib.

38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib.

45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilib.

79.1.3-cü maddənin sonunda aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilib: “79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə”.

79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilib.

Qanunun 1.1-ci maddəsi 2017-ci il yanvarın 1-dən, digər müddəaları isə dərc edildiyi gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR