Tereza Meyin partiyası parlamentdə çoxluğu itirə bilər

Tereza Meyin partiyası parlamentdə çoxluğu itirə bilər
# 04 iyun 2017 08:56 (UTC +04:00)

Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar parlament seçkilərində mühafizəkarların 313 yer qazanacağı gözlənilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu cümə günü “YouGov’ sorğu şirkətinin keçirdiyi növbəti sorğunun nəticələri göstərib.

Bu, baş nazir Tereza Meyin partiyasının son parlament seçkilərində qazandığı yerlərin sayından 18 yer azdır. 650 üzvü olan Böyük Britaniya parlamentində çoxluğa nail olmaq üçün ən azı 326 yer qazanmaq lazımdır. Sorğu leyboristlərin reytinqinin isə artdığını göstərir. Ötən seçkilərdə 257 mandat qazanmış leyboristlərin bu dəfə parlamentdə 261 yer qazanacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR