Qadının boyunbağısını soyğunçuluq yolu ilə alan şəxsə hökm oxunub

Qadının boyunbağısını soyğunçuluq yolu ilə alan şəxsə hökm oxunub
# 01 fevral 2017 09:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Bəkirov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 14-də Bakı şəhər sakini Nina Abdullayevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Namiq Bəkirov tutulub. Aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR