“Russian Today” Azərbaycanın hərbi qüdrəti haqqında fotosessiya təqdim edib

“Russian Today” Azərbaycanın hərbi qüdrəti haqqında fotosessiya təqdim edib
# 14 aprel 2017 09:20 (UTC +04:00)

Rusiyanın beynəlxalq informasiya telekanalı “Russian Today” “Azərbaycan ordusu: Regionun ən zəngin ordusu” başlıqlı şəkillər seriyası təqdim edib.

APA-nın məlumatına görə, təqdimatda qeyd olunub ki, Azərbaycan ordusu Dağlıq Qarabağla bağlı Ermənistanla olan münaqişə ilə əlaqədar daim döyüşə hazır vəziyyətdədir.

Bildirilir ki, 2000-ci illərdən bəri Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb: “Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar alır. Azərbaycanın raket əleyhinə müdafiə qüvvələri əsasən sovet texnikasından ibarətdir. Bunlar Rusiya istehsalı olan S-200, S-300, S-125, “Buk” Tor-M2E” sistemləridir. Bununla yanaşı, yaxın mənzilli zenit-raket kompleksi İsrail istehsalıdır. Azərbaycan aviasiyası gücünə görə Ermənistan Silahlı Qüvvələrini xeyli üstələyib. Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstandan və Ukraynadan "Miq-25", "Miq-29" qırıcıları əldə edib. “Global Firepower” hesabatında Azərbaycanın hərbi gücü Ermənistanı 34 pillə geridə qoyaraq 60-cı yerdə qeyd olunur. Azərbaycanın hərbi xərcləri 2003-cü ildə 160 milyon dollar, 2013-cü ildə isə 3,7 milyard dollar təşkil edib. Bu gün Azərbaycanın balansında 314 tank, 1600 zirehli texnika, 119 özüyeriyən artilleriya qurğusu, 240 artilleriya qurğusu, 191 raket atıcı sistemi var. Azərbaycan ordusu 70 min hərbi qulluqçu və 300 min ehtiyat heyətdən ibarətdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin balansında 31 döyüş gəmisi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR