Daxili İşlər Nazirliyi Qobustanda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Qobustanda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
# 07 iyul 2017 09:22 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Qobustanda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da saat 7 radələrində Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində Bakı şəhər sakini Anar Kərimov idarə etdiyi "KİA" markalı avtomobili yolun kənarında dayanan Şamaxı rayon sakini Vüqar Alışova məxsus "KamAZ" markalı avtomobilə vurub. Nəticədə A.Kərimovun sərnişinləri - anası Səhrayə və bacısı Aynurə xəsarətlə xəstəxanaya yerləşdirilib, Aynurə orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR