Bakıda Yunanıstanın Milli Günü münasibəti ilə konsert təşkil olunub

Bakıda Yunanıstanın Milli Günü münasibəti ilə konsert təşkil olunub
# 29 mart 2018 18:45 (UTC +04:00)

Bakıda Yunanıstanın Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində konsert proqramı təşkil edilib.

APA-nın xəbərinə görə, konsert tədbirində çıxış edən Yunanıstanın ölkəmizdəki səfiri Nikos D. Kanellos bildirib ki, Yunanıstanın Milli Günü münasibəti ilə fərqli formatda tədbir təşkil etmək istəyib: "Konsert proqramı üçün Yunanıstandan tanınmış musiqiçi Nikos Ksanfulis dəvət olunub. Bu gün burada məşhur azərbaycanlı dirijor Əyyub Quliyevlə birgə konsert təşkil olunacaq".

Azərbaycan-Yunanıstan əlaqələrinə də toxunan səfir iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib: "Əlaqələrin günü-gündən daha da yaxşılaşması üçün çalışırıq".

Tədbirdə çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişafda olduğunu qeyd edib: "Ölkələrimiz arasında mövcud işgüzar, siyasi dialoqlar ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edir. Həmçinin iki ölkə arasında iqtisadi, mədəni, humanitar, qarşılıqlı sərmaye qoyulması və digər sahələrdə yaxşı əməkdaşlıq var. Ölkələr arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin bünovrəsini daha da möhkəmləndirəcək. Mən əminəm ki, Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın gələcək rifahına xidmət edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR