Qaxda 57 yaşlı qadını ilan sancıb

Qaxda 57 yaşlı qadını ilan sancıb
# 29 may 2015 06:22 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalova may ayının 28-i axşam saatlarında ailəsinə məxsus ot sahəsində işləyərkən onu qəfildən ilan sancıb. 57 yaşlı Gülmira Xınqalova ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan APA-ya bildirilib ki, Gülmira Xınqalovanın vəziyyəti ağır olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR