DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb

DGK 3 ölkənin gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb
# 01 iyun 2018 15:01 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi Ukrayna, Gürcüstan və İranın gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb.

APA-Economics”in məlumatına görə, bunun Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşılıqlı informasiya mübadiləsinə əsasən adıçəkilən ölkələrdən çıxan yük avtomobilləri ilə bağlı məlumatlar daha əvvəldən Dövlət Gömrük Komitəsinə bildirilir və bu da əlavə vaxt itkisinin qarşısını alır.

A.Abasov qeyd edib ki, bu cür əməkdaşlıq Türkiyə və Rusiya ilə də həyata keçiriləcək. Hazırda hər iki ölkə ilə bu mübadilə test rejimindədir və bir ay ərzində tətbiqi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR