Qazaxda daş karxanasından oğurluq etmiş şəxslər saxlanılıb - VİDEO

Qazaxda daş karxanasından oğurluq etmiş şəxslər saxlanılıb - <span style="color: red;">VİDEO
# 07 avqust 2015 16:40 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda elektrik naqili oğurlayan şəxslər saxlanılıb.

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Mingəçevir sakini Anar Quliyev Qazax sakini Qələndər Hüseynovla əlbir olaraq Daş Salahlı kəndində Məmməd Abdulkərimova məxsus daş karxanasından dəyəri 5 min manat məbləğində olan 300 metr elektrik naqili və karxanadakı aparatları hərəkətə gətirən mühərriki oğurlayıblar.

Qazax Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR